“Neftçi” – “Qəbələ”: Rəhim Həsənov söz sahibi olacaq

25 Sentyabr 2020 09:00 Premyerliqa 1 266
“Neftçi” – “Qəbələ”: Rəhim Həsənov söz sahibi olacaq

Azərbaycan Premyer Liqasında 4-cü turun bütün təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, əvvəlki turlardan fərqli olaraq, Peşəkar Futbol Liqası bu turun bütün qarşılaşmalarına təyinatları eyni vaxtda açıqlayıb.

“Sumqayıt” – “Qarabağ” matçı Kamal Umudluya, “Səbail” – “Sabah” oyunu Elçin Məsiyevə, “Keşlə” – “Zirə” görüşü Rəvan Həmzəzadəyə tapşırılıb. “Neftçi” – “Qəbələ” qarşılaşmasında isə Rəhim Həsənov söz sahibi olacaq.

25 sentyabr

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sumqayıt. “Kapital Bank Arena”, 19:00

26 sentyabr

“Səbail” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov

Hakim-inspektor: Zöhrab Qədirov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Bakı. “ASCO Arena”, 18:00

“Keşlə” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Bakı. “ASK Arena”, 20:15

27 sentyabr

“Neftçi” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Bakı. “Dalğa Arena”, 19:00

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”