AFFA "Qəbələ" və "Zirə"yə maliyyə yardımını gecikdirir

7 Sentyabr 2020 21:00 Premyerliqa 760
AFFA "Qəbələ" və "Zirə"yə maliyyə yardımını gecikdirir

AFFA bir müddət əvvəl keçirdiyi təcili iclasda premyer-liqanın 4 klubuna maliyyə yardımı göstərilməsi ilə bağlı qərar qəbul etmişdi.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” və “Zirə”nin müraciətinə əsasən bu komandalara uyğun olaraq 1 milyon 500 min və 500 min manat yardım göstərilməsi qərara alınmışdı.

İclasın gedişində irəli sürülən digər təklif əsasında “Sumqayıt”a 300 min, “Səbail”ə isə 200 min manat yardım göstərilməliydi. Görəsən, qeyd olunan məbləğlər klubların hesabına köçürülüb?

"Qəbələ" və "Zirə"nin mətbuat xidməti rəhbərlərinin sözlərinə görə, AFFA hələ də maliyyə yardımını yubadır. "Səbail" və "Sumqayıt" isə bir neçə gün ərzində bu sadə sualımıza cavab verə bilmədi. Daha doğrusu, bəlli olan mənfi cavabı səsləndirməyə cəsarətləri çatmadı.

Yeri gəlmişkən, Avropa Liqasının seçmə mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılan müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Neftçi”, “Keşlə” və “Sumqayıt”ın hər birinə 240 min avro ödənilib. “Keşlə” və “Sumqayıt” Avroliqada mübarizəni 1-ci təsnifat mərhələsində dayandırıb. “Neftçi” isə 2-ci təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq.

Qeyd: “Keşlə” üçün ayrılan maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.

Digər Xəbərlər
Xəbər Lenti