“Neftçi” BÖYÜK ADDIM atdı

29 Avqust 2020 14:08 Premyerliqa 1 796
“Neftçi” BÖYÜK ADDIM atdı

Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.

siyahıda ümumilikdə 430 komanda yer alıb. Avropa Liqasının I təsnifat mərhələsində 43 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan təmsilçilərinin də mövqeləri dəyişikliyə uğrayıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ” 62-ci yerdə qalsa da, şərikləri artıb. Xal hesabını 20,500-ə çatdıran “Styaua” (Rumıniya) Azərbaycan çempionu, həmçinin “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatıb. Bu dörd komanda 62-65-ci yerləri bölüşür.

Bu il avrokuboklarda oynamayan “Qəbələ”nin xal hesabı dəyişməyib. “Qırmızı-qaralar” 5,500 xala malikdir. 4 pillə geriləyən təmsilçimiz 182-193-cü yerləri bölüşür.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” sıçrayışa nail olub. 5,000 xala malik bakılılar 11 pillə irəliləyib. Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur”a (İslandiya) çatan təmsilçimiz 212-215-ci yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.

Digər Xəbərlər
Xəbər Lenti