Bu gün Premyer Liqada yeni mövsümün püşkü atılacaq

12 Avqust 2020 12:16 Premyerliqa 834
Bu gün Premyer Liqada yeni mövsümün püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında baş tutacaq.

Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

2020/2021 mövsümündə "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"