İstefa növbəsi hansı klubun baş məşqçisindədir?

10 Avqust 2020 16:28 Premyerliqa 2 114
İstefa növbəsi hansı klubun baş məşqçisindədir?

Azərbaycanda yeni «futbol ili» yaxınlaşır.

Martda dayanan və bütün çabalara rəğmən, bərpa olunmayan mövsüm heçə getmiş sayıldı.

Bunun nəticəsində klublar ümumi platformanı təkrar gözdən keçirmək məcburiyyəti hiss etdi. Artıq Premyer Liqa təmsilçilərindən 3-vü dəyişikliyə gedib.

«Zirə» və «Sabah»ın ardınca, «Keşlə» də çalışdırıcısı ilə yollarını ayırıb. Zaur Həşimov, Jelko Sopiç və Tərlan Əhmədovun davamçısı kim olacaq?

Tam əminliklə proqnoz vermək mümkün deyil. Birmənalı onu söyləmək mümkündür ki, belə bir təhlükə Qurban Qurbanovu gözləmir. O, istədiyi müddətdə

«Qarabağ»da qalacaq. Uğur oldu, olmadıı. Qurbanov klubun himayədarının - Gözəl ailəsinin sevgisini əbədi qazanıb. «Hatayspor»un təklifini geri çevirməsi onun ailə yanında dəyərini bir qədər də artırıb. Möcüzə baş verməlidir ki, Qurban bəy 13 ildir çalışdığı iş yerini tərk etsin.

Rəşad Sadıqov «Zirə»də, Visente Qomes «Sabah»da yenidir. Sadıqov 3, Qomes 2 illik müqavilə imzalayıb. Adları çəkilən elita nümayəndələri tez-tez baş məşqçi dəyişdiyi üçün tənqid olunur.

Bundan belə həmin yanaşmanı görməyəcəyik. Arzuladıqları insanlar artıq komandanın başıındadıır. Sadıqov böyük vədlər və imtiyazlar alaraq, «Zirə»nin sükanı arxasına keçib.

Rusiya və Ukrayna kimi ölkələrdə böyük təcrübə toplayan ispaniyalı həmkarına isə «Sabah» rəhbərliyinin ümidi çoxdur. O, qısa müddətdir fəaliyyətə başlayıb, ancaq indidən barəsində müsbət fikirlər yarada bilib. Masazır təmsilçisi avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq və iddiasını təmin etmək üçün çırmanacaq.

«Sumqayıt» Ayxan Abbasovu min dillə dindirərək, müqaviləsini uzatmağa razı salııb. Çünki AFFA ilə «Azərikimya» Riad Rəfiyevi onun və kollektivin qarşısında çətin vəziyyətə salıb.

Büdcə artımı olmayıb, legioner gətirmək qadağası götürülməyib, şəraimt yaxşılaşmayıb. Xülasə, şərtlər dəyişməyib, əksinə, daha da pisləşib.

Gənc heyətlə yola çıxmalı olan Abbasovdan «Sumqayıt»ı Premyer Liqada saxlamaqdan başqa heç nə istənilmir və istənilə də bilməz. Bu da tələb deyil, sadəcə, xahişdir.

Demək, «kimyaçılar»ı tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandırmış mütəxəssisii yolun ortasında tək buraxmaq ancaq öz ziyanlarına işləyəcək.

Riad Rəfiyev ağıllı oğlandır. Özünə «əvvəl verdiyin pula, sonra ortaya çıxardığın komandaya bax» tənəsini eşitməmək üçün Abbasovun arxasında dayanacaq. Şərt şumda kəsilməsəydi, yəqin ki, Ayxan bəy başqa seçim edərdi, iki ardıcıl uğurlu sezondan sonra burada qalmazdı.

Gələn mövsüm də iddialı «Qəbələ» izləməyəcəyik. Premyer Liqanın yeganə əyalət təmsilçisi ən yaxşı halda orta sıralar üçün mübarizə aparacaq. Bu da mümkün olsa. Elmar Baxşıyev başıaşağı məşqçidir.

Səsimnin tonunu qaldırmaz, yerişini dəyişməz. Öz «sərhəd»ini yaxşı bildir, ondan bir addım o tərəfə atmaz. Belə davam eləsə, qorxusu yoxdur, dəstək alacaq. «Qəbələ»nin cikini-bikini bilən adamdır, hər mənada sərfəli kadrdır.

«Səbail» Premyer Liqada 4-cü sezonuna hazrlaşır. Ötən 2 ildə olduğu kimi, yenə Aftandil Hacıyevin rəhbərliyi altında. Su girdi qaba, oldu içməli - onun vəziyyətini eynən bu cür xarakterizə edərdik.

Hacıyev hara düşdüyünü bilən və buna uyğun hərəkət edən məşqçidir. Gəncdir, pulun arxasınca qaçmır, işləməkdən, çətinlikdən ehtiyat etmir. Problemin üstünə gedir, yayınmır. Bu keyfiyyətidir ki, «Səbail»də ötən müddət ərzində çox şey dəyişsə də, özü həmin adamdır ki, adamdır.

«Yoxa lənət» deməyi bacarmasaydıı, buranı 1 il öncə tərk eləmişdi. Qalması da, getməsi də özündən asılı olacaq. Prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev istənilən halda ona deməyəcək ki, klubu tərk elə. Çünki Hacıyev ən ağır günlərində Abdullayevin yanında yer alıb, dabanına tüpürüb qaçmayıb.

«Keşlə» Tərlan Əhmədovu bir neçə gündür vəzifəsindən azad edib. Onu kimin əvəzləyəcəyi hələ bilinmir. «Keşlə» o klublardandır ki, burada nə baş verməsi, nə baş verəcəyi bəzən heç fələyin özünə də qaranlıq qalır.

Hər an hər şey ola bilər. Heç bir məşqçiyə zəmanət yoxdur ki, burada işə başlasa, 1 ay duruş gətirəcək, yaxud 1 il. Bu, 1 saat da çəkə bilər. 1 həftə də.

«Neftçi» bu ilin əvvəlində Roberto Bordini kürsüdən yana itələyən Füzuli Məmmədovla yaxınlarda 2 illik müqavilə imzalayıb.

Əslində, bu, nisbidir. «Neftçi»nin havasını nəticə müəyyənləşdirir. Ölkənin ən yaşlı klubu üçün normal haldır. Üstəlik, azarkeşi də tələbkardır. Ağ-qara rənglərə bağlanmış fanat ordusunu yalnız uğur qazanmaq razı sala bilər.

Son günlər sosial şəbəkələrdə yazılan status və şərhlər göstərir ki, «12-ci oyunçu» Məmmədovun təyinatına birmənalı yanaşmır. Bu məsuliyyətli və şərəfli görəvin altından qalxmasına şübhələr çoxdur.

Əlbəttə, «Neftçi» rəhbərliyi «ştanqist Füzuli»yə meydan və səlahiyyət verməklə böyük risqə gedib, özlərini də onunla bərabər oda atmış durumdadırlar.

Şər deməsək, xeyir gəlməz: komanda Avropa Liqasında qrup mərhələsinə qalmasa, azarkeş təbii olaraq yenə narazı qalacaq. Belədə isə daha bir uğursuz mövsüm Kamran Quliyevi və çevrəsindəkiləri yaxşı heç nə gözləmir.

Allah göstərməsin, «Neftçi» mübarizəni birinci-ikiinci mərhələdə dayandırsa, nələr olacaq. Təsəvvür etmək belə, qolxuludur. Füzuli Məmmədovdan bir özü razıdır. Qalan hamı narazıdıır. Ələlxüsus da futbolçular. Uzun-uzadıı məşqləri və məşqləri ilə oyunçuları yorub.

Baş məşqçinin taleyi də onların əlindədir. Ceyhun Sultanovun qohumunun yaxalarından düşməsi üçün inad etməsələr yaxşıdır… Bu üzdən Füzuli Məmmədovun 2 illik müqaviləsi, sadəcə, kağıız parçasıdır.

Tərəfdar yenə ayağa qalxsa, çərxi-fələk də ona yar olmayacaq. Təbii ki, belə yerdə SOCAR da seyrçi mövqeyini tərk edəcək, klubdaxili məsələlərə qarıışacaq, idarəçiləri məşhər ayağına çəkəcək. Axı bura «Neftçi»dir, qələbədən başqa heç kimi və heç nəyi qəbul eləmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı