"Milan", "Qalatasaray", "Tottenhem"... Azərbaycan klublarını gözləyənlər

3 Avqust 2020 18:06 Premyerliqa 2 026
"Milan", "Qalatasaray", "Tottenhem"... Azərbaycan klublarını gözləyənlər

Avropa Liqasının növbəti mövsümündə bir sıra böyük komandalar mübarizəyə ikinci təsnifat mərhələsindən start verəcək.

Sportinfo.az xəbər verir ki, adətən Çempionlar Liqasında və ya Avropa Liqasının birbaşa qrupunda görməyə alışdığımız həmin klublar ölkə çempionatlarının son mövsümündəki nəticələrə əsasən, mübarizəyə bu qədər erkən başlamalı olacaq.

Yüksək reytinqə malik olduqları üçün səpələnmişlər səbətində yer alacaq sözügedən komandalar Azərbaycanın Avropa Liqası təmsilçiləri üçün potensial rəqib sayılır.

"Neftçi", "Keşlə" və "Sumqayıt" mərhələ keçəcəkləri təqdirdə böyük ehtimalla səpələnməmişlər səbətində olacaq. Bunun əksinin baş verməsi üçün az qala möcüzəyə ehtiyac var - I təsnifat mərhələsində çoxlu sensasiya, güclülərin mübarizəni dayandırması...

II təsnifat mərhələsinin səpələnmişlər səbətində yer alacaq komandaların arasında "Milan", "Tottenhem", "Qalatasaray", "Volfsburq" kimi klublar var:

Avropa Liqası
II təsnifat mərhələsi / Səpələnmişlər

"Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Volfsburq" (Almaniya), BATE (Belarus), "Qalatasaray"(Türkiyə), "Standart Lyej" (Belçika), "Qranada" (İspaniya), "Milan" (İtaliya), "Qlazqo Reyncers" (Şotlandiya), "Reyms" (Fransa), "Riu Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya), "Slovan" (Libereç, Çexiya), "Hayduk" (Xorvatiya), "Villem" (Niderland), "Yabloneç" (Çexiya), "Kolos" (Ukrayna), "Hartberq" (Avstriya).

AL-də I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq, oyunlar isə ayın 27-də keçiriləcək.

Xəbər Lenti