“Qarabağ” irəli, “Neftçi” geri - Avropanın ən güclü klublarının siyahısnda

31 İyul 2020 12:30 Premyerliqa 896
“Qarabağ” irəli, “Neftçi” geri - Avropanın ən güclü klublarının siyahısnda

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, klubların indeks cədvəlində Azərbaycan təmsilçiləri də yer alıb.

Ən yaxşı komandamız “Qarabağ”dır. Ağdam klubu 1882 xalla 206-cı yerdədir. Qurban Qurbanovun yetirmələri 1 pillə irəliləyib. Təmsilçimiz Rumıniya “Botoşani”sini keçib.

1 pillə geriləyən “Neftçi” 1659 xalla 280-cidir. Bakılılar İtaliya “Leççe”sini özündən irəli buraxıb.

Hərəyə 1368 xal toplayan “Keşlə” və “Zirə” müvafiq olaraq, 393-cü və 394-cü yerlərdə qərarlaşıb. Hər iki komanda bir pillə geriləyib. Buna Rumıniya klubu “Çindia Tarqovişe” səbəb olub.

Digər komandalarımızdan “Sumqayıt” (1307 xal) 413-cü, “Qəbələ” (1297 xal) 415-ci, “Sabah” (1230 xal) 437-ci pillədə qalıb. Bir pillə geriləyib Norveç “Olesund”undan geri düşən “Səbail” (1212 xal) 440-cıdır.

1-ci pillədə Almaniya “Bavariya”sı qərarlaşıb. İngiltərə “Liverpul”u 2-ci, İspaniya “Barselona”sı 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı