Premyer Liqanın yeni mövsümü ilə bağlı dəyişiklik – SON DƏQİQƏ

26 İyul 2020 13:20 Premyerliqa 2 181
Premyer Liqanın yeni mövsümü ilə bağlı dəyişiklik – SON DƏQİQƏ

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünün başlanma tarixini dəyişib.

Sportinfo.az-ın məlumatına görə, çempionatın ilk turu avqustun 14-15-i aralığında keçirilməyəcək.

Yarışa startı ayın 20-22-si baş tutacaq. PFL təqvimi müəyyənləşdirərkən, avrokubokları və yığmanın UEFA Millətlər Liqasındakı oyunlarını nəzərə alıb.

Belə ki, avqustun 27-də Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə qoşulacaq. Sentyabrın 5-də isə millimiz ML-da ilk matçına çıxacaq.

Premyer Liqanın ikinci turu sentyabrın 10-dan sonraya qalııb.

Xəbər Lenti