Hər Premyer Liqa klubunun öz hakimi var… MARAQLI FAKT

25 İyul 2020 15:04 Premyerliqa 748
Hər Premyer Liqa klubunun öz hakimi var… MARAQLI FAKT

Mövsümün yekunlarına dair araşdırma yazılarını davam etdiririk.

Bu dəfə Premyer Liqadakı hakimlik, təyinatlar ilə bağlı diqqəti çəkən məqamları oxucularımızla bölüşmək istəyirik.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm 14 hakim iş başında olmuşdusa, bu dəfə 11 referiyə güvənildi...

ƏLİYAR AĞAYEV
İdarə etdiyi oyun sayı: 12
Ən çox hansı komandanın oyununda olub: Qarabağ - 5
Ən az hansı komandanın oyununda olub: Sumqayıt - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 9
Ən çox hansı inspektorla yolları kəsişib: Şahin Cəfərov, Anar Salmanov, Ramil Diniyev - 2
Ən az hansı inspektorla yolları kəsişib: Asim Xudiyev, Babək Quliyev, Rövşən Əhmədov, İmanxan Sultani, Munis Abdullayev, Ömər Paşayev – 1
Qeyd: FİFA referisi premyer-liqada ən çox təyinat alan hakimdi. Təyinat bölgüsü 12 oyunda iş başında olan referinin statusuna uyğundu. Hər halda, o, ən çox – 5 dəfə çempion “Qarabağ”ın oyununa gedib. FİFA referisi premyer-liqanı cəzasız başa vurub. O, uzağı iki tur istirahət edib ki, bu da cəza ilə bağlı olmayıb.

KAMAL UMUDLU
İdarə etdiyi oyun sayı: 9
Ən çox hansı komandanın oyununda olub: Neftçi, Sumqayıt, Qəbələ, Keşlə – 3
Ən az hansı komandanın oyununda olub: Zirə, Sabah - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 8
Ən çox hansı inspektorla yolları kəsişib: Ömər Paşayev - 2
Ən az hansı inspektorla yolları kəsişib: Babək Quliyev, Kərim Ağayev, Anar Salmanov, Asim Xudiyev, Fariz Nəcəfov, Munis Abdullayev, Şahin Cəfərov – 1
Qeyd: ötən mövsüm premyer-liqanın 26-cı turunda, “Neftçi” - “Sumqayıt” oyununda baş hakim kimi debüt edən və beləliklə, Azərbaycan çempionatı tarixinə 100-cü baş hakim kimi düşən Umudlu üçün 2019/20 çox uğurlu oldu. O, təyinat sayına görə 2-ci sıradadı. Hakimlər Komitəsi Kamala 9 oyun verdi və beləliklə, gənc hakim FİFA referilərini də geridə qoydu. Özü də prinsipial görüşlərin bir çoxunda iş başında oldu. Umudlunun bu sınaqlardan üzüağ çıxdığını qeyd etmək lazımdı.

İNQİLAB MƏMMƏDOV
İdarə etdiyi oyun sayı: 8
Ən çox hansı komandanın oyununda olub: Qarabağ - 3
Ən az hansı komandanın oyununda olub: Sumqayıt – 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 7
Ən çox hansı inspektorla yolları kəsişib: İmanxan Sultani - 2
Ən az hansı inspektorla yolları kəsişib: Anar Salmanov, Ceyhun Haşımov, Asim Xudiyev, Fariz Yusifov, Feyzulla Feyzullayev, Babək Quliyev – 1
Qeyd: İnqilab Məmmədov premyer-liqaya təyinat alan 11 hakim arasında oyun sayına görə 3-5-ci yerləri bölüşür. Çimərlik futbolu üzrə FİFA referisi əsasən yüngül oyunlarda iştirak edib. Bu mənada 5-ci turun “Neftçi” – “Keşlə”, 10-cu turun “Neftçi” – “Qarabağ” oyunları istisnadı. Son illərədə Hakimlər Komitəsi üçün əvəzolunmaz isim olan İnqilab son mövsümdə bu statusu əldən verib. Belə ki, o, 20 turun yarısında belə iş başında olmayıb.

RAUF CABBAROV
İdarə etdiyi oyun sayı: 8
Ən çox hansı komandanın oyununda olub: Neftçi, Qarabağ - 3
Ən az hansı komandanın oyununda olub: Sabah, Səbail - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 6
Ən çox hansı inspektorla yolları kəsişib: Şahin Cəfərov, İmanxan Sultani – 2
Ən az hansı inspektorla yolları kəsişib: Ceyhun Haşımov, Ramil Diniyev, Babək Quliyev, Munis Abdullayev – 1
Qeyd: FİFA referisi son 4 təyinatını iki turdan bir alıb. Sözsüz, bu, elə də qaneedici deyil. Bununla belə, onun daha çox liderlərin oyunlarına təyinat alması qeyd olunmalıdı. Təsadüfi deyil ki, Cabbarovun 3 dəfə “Qarabağ”la, bir o qədər də “Neftçi” ilə yolları kəsişib.

ELÇİN MƏSİYEV
İdarə etdiyi oyun sayı: 8
Ən çox hansı komandanın oyununda olub: Keşlə, Sabah - 3
Ən az hansı komandanın oyununda olub: Qəbələ, Neftçi - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 8
Ən çox hansı inspektorla yolları kəsişib: -
Ən az hansı inspektorla yolları kəsişib: Şahin Cəfərov, Anar Salmanov, Babək Quliyev, Rövşən Əhmədov, Ceyhun Haşımov, Fariz Yusifov, Ömər Paşayev, Ramil Diniyev - 1
Qeyd: mövsümün tapıntısı Elçin Məsiyev oldu. Premyer-liqada baş hakim kimi məhz 2019/20-də debüt edən gənc referi yetərincə şans qazandı və hətta ağır oyunlara göndərildi. Hakimlər Komitəsi 8 turda ona şans verdi. Onun bu sınaqlardan üzüağ çıxdığını qeyd edə bilərik. Xüsusilə 17-ci turun “Neftçi” – “Keşlə” qarşılaşması Məsiyevin ən yaxşı oyunu oldu.

RƏVAN HƏMZƏZADƏ
İdarə etdiyi oyun sayı: 7
Ən çox hansı komandanın oyununda olub: Sabah - 3
Ən az hansı komandanın oyununda olub: Qarabağ, Keşlə, Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 5
Ən çox hansı inspektorla yolları kəsişib: Ceyhun Haşımov - 3
Ən az hansı inspektorla yolları kəsişib: Ömər Paşayev, Babək Quliyev, Şahin Cəfərov, Munis Abdullayev - 1
Qeyd: perspektivli hakimlərdən olan Rəvanın işləri ilk 10 turda elə də rəvan getmirdi. O, cəmi 3 təyinat almışdı. Həm də 4-5 tur intervalla. Ancaq xüsusilə 3-cü dövrə pis alınmadı. Belə ki, o, 16, 18 və 20-ci turlarda, başqa sözlə, iki turdan bir iş başında oldu. Maraqlıdı ki, Həmzəzadənin işinə ən çox qiymət verən hakim-inspektor Ceyhun Haşımovdu. 7 oyundan üçündə bu ikilinin yolları kəsişib.

ORXAN MƏMMƏDOV
İdarə etdiyi oyun sayı: 7
Ən çox hansı komandanın oyununda olub: Səbail, Zirə - 3
Ən az hansı komandanın oyununda olub: Neftçi, Qəbələ, Sumqayıt, Sabah - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 7
Ən çox hansı inspektorla yolları kəsişib: -
Ən az hansı inspektorla yolları kəsişib: Babək Quliyev, Ömər Paşayev, Zöhrab Qədiyev, Fariz Yusifov, Ceyhun Haşımov, Şahin Cəfərov, Əmrah İbrahimov - 1
Qeyd: Komitə 20 turluq marafonda sabiq FİFA referisinə cəmi 7 dəfə güvəndi. Əsasən də “Səbail” və “Zirə”nin oyunlarında göründü. Maraqlıdı ki, Məmmədov 7 oyunun 6-da “Səbail” və “Zirə”nin yolunun üstünə çıxıb.

SƏBUHİ BAYRAMOV
İdarə etdiyi oyun sayı: 7
Ən çox hansı komandanın oyununda olub: Keşlə, Sumqayıt - 3
Ən az hansı komandanın oyununda olub: Zirə, Qəbələ - 1
Hansı komandalarla yolu kəsişməyib: Qarabağ
Neçə hakim-inspektordan qiymət alıb: 6
Ən çox hansı inspektorla yolları kəsişib: İmanxan Sultani - 2
Ən az hansı inspektorla yolları kəsişib: Rövşən Əhmədov, Asim Xudiyev, Ramil Diniyev, Ömər Paşayev, Feyzulla Feyzullayev – 1.
Qeyd: 2018/19-un tapıntısı olan, məhz ötən mövsüm premyer-liqada debüt edən Səbuhinin 2019/20-dəki göstəricisi 7 oyundan ibarət oldu. Həm də ikinci dərəcəli oyunlarda iş başında göründü. Görünür, Hakimlər Komitəsi ötən mövsümdəki acı təcrübədən ehtiyatlanmışdı. Debüt mövsümündə ağır oyunlara göndərilən gənc referini “yandırmışdılar”. Bu il isə onu zəif matçlara göndərdilər. O da maraqlıdı ki, 7 təyinatdan heç biri “Qarabağ”ın oyununa təsadüf etməyib. Əcəba, niyə?

RƏHİM HƏSƏNOV
İdarə etdiyi oyun sayı: 6
Ən çox hansı komandaın oyununda olub: Qəbələ – 3
Ən az hansı komandanın oyununda olub: Qarabağ, Neftçi, Sabah, Keşlə, Səbail - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 6
Ən çox hansı inspektorla yolları kəsişib: -
Ən az hansı inspektorla yolları kəsişib: Feyzulla Feyzullayev, Ramil Diniyev, Fariz Yusifov, Anar Salmanov, Babək Quliyev, İmanxan Sultani – 1
Qeyd: FİFA referisi üçün mövsüm uğurlu keçmədi. Rəhim Frits Stuxlikin güvənmədiyi hakimlərdən idi. O, mövsümün əvvəlində, konkret ilk 3 turda 2 oyuna təyinat almışdı. Amma sonrakı 17 turda cəmi 6 dəfə baş hakim kimi iş başında oldu. 8-10-cu turlar aralığında, ümumiyyətlə, premyer-liqada görünmədi. Əslində iş başında olduğu vaxtlarda da ikinci dərəcəli oyunlara göndərilirdi. Təsadüfi deyil ki, ən çox “Qəbələ” ilə yolları kəsişib.

VÜQAR HƏSƏNLİ
İdarə etdiyi oyun sayı: 6
Ən çox hansı komandanın oyununda olub: Sumqayıt, Qəbələ, Sabah, Səbail - 2
Ən az hansı komandanın oyununda olub: Neftçi, Qarabağ, Keşlə, Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 5
Ən çox hansı inspektorla yolları kəsişib: Ramil Diniyev - 2
Ən az hansı inspektorla yolları kəsişib: Asim Xudiyev, Babək Quliyev, Anar Salmanov, Ömər Paşayev – 1
Qeyd: Vüqar Həsənli premyer-liqada cəmi 6 oyunda iş başında oldu. Oyun sayında Səbuhi Bayramovdan geri qalmasına rəğmən, onun bütün komandalarla yolu kəsişib. Həsənli ilk dövrədə 3, ikinci dövrədə 2, üçüncü dövrədə isə cəmi 1 matçda iş başında oldu.

RÖVŞƏN RƏCƏBOV
İdarə etdiyi oyun sayı: 2
Ən çox hansı komandanın oyununda olub: Zirə - 2
Ən az hansı komandanın oyununda olub: Sabah, Neftçi - 1
Hansı komandalarla yolu kəsişməyib: Qarabağ, Qəbələ, Sumqayıt, Keşlə, Səbail
Neçə hakim-inspektordan qiymət alıb: 2
Ən çox hansı inspektorla yolları kəsişib: Ceyhun Haşımov, Anar Salmanov
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: Hakimlər Komitəsi Rövşən Rəcəbovla bağlı ənənəsinə sadiq qalaraq, ondan “təcrübə dovşanı” kimi yararlandı. O, üç mövsüm əvvəl premyer-liqada debüt edib, sonra gözdən itmiş, ötən mövsüm cəmi 2 turda “təcili yardım” funksiyasını yerinə yetirmişdi. Bu mövsüm də premyer-liqada cəmi 2 oyun aldı və maraqlıdı ki, hər ikisi “Zirə”nin iştirakı ilə baş tutdu (Futbol+).

Xəbər Lenti