Azərbaycan futbolu onları bir çətin görə…

23 İyul 2020 19:02 Premyerliqa 944
Azərbaycan futbolu onları bir çətin görə…

UEFA Avropa çempionatları tarixində ən çox oyun keçirən futbolçuları açıqlayıb.

Sportinfo.az rəsmi saytına istinadən xəbər verir ki, siyahıya "Yuventus"da çıxış edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo başçılıq edir.

35 yaşlı forvard 21 dəfə Avropa çempionatı matçında meydanda olub. Almaniya yığmasının və "Bavariya"nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger 18 matçla ikinci, "Yuventus"un qapıçısı Cianluici Buffon isə 17 qarşılaşma ilə üçüncüdür.

UEFA həmçinin ölkələr üzrə ən çox oyun keçirən futbolçuları də açıqlayıb. "Qəbələ"nin sabiq baş məşqçisi ingiltərəli Toni Adams, "Qarabağ"ın sabiq qapıçısı islandiyalı Hannes Halldorsson və "Bakı"nın sabiq hücumçusu latviyalı Maris Verpakovski da siyada yer alıb.

Adams Stiven Cerrard və Alan Şirerlə birgə Avropa çempionatında 9 oyun keçirib. Keçmiş müdafiəçi bu göstəricə əsasən, ölkəsində üçüncü olub.

Halldorsson isə beş dəfə qitə yarışında meydana çıxıb. Onunla birlikdə 11 oyunçu bunu təkrarlaya bilib.

Verpakovski isə 12 həmyerlisi ilə birlikdə ölkəsinin ən çox oyun keçirən futbolçusudur. Forvard həmçinin ölkəsinin Avropa çempionatındakı yeganə qolunun da müəllifidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı