Premyer Liqa klubları PFL-in planına "yox" dedi

22 İyul 2020 12:02 Premyerliqa 1 577
Premyer Liqa klubları PFL-in planına "yox" dedi

PFL-in Peşəkar Futbol Liqasının (PFL) Qəbələdə mini-turnir təşkil etmək planı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb klubların fərqli proqram tərtib etməsidir.

Təlim-məşq toplanışı üçün İdman və Gənclər Nazirliyi tərəfindən icazə alındıqdan sonra PFL rəhbərliyi yeni mövsümə hazırlıq çərçivəsində Premyer Liqa təmsilçiləri arasında Qəbələdə turnir keçirmək niyyətində idi. Ancaq elita təmsilçiləri buna müsbət yanaşmayıb.

Avrokuboka və çempionata hazırlaşanlar fərqli vaxtlarda toplanışa başlayıb. Üstəlik, hər klub öz proqramına əsasən hazırlaşmağa üstünlük verib.

"Keşlə" Şamaxıda, digərləri isə Qəbələdə toplanışdadır və komandalar öz aralarında yoxlama görüşləri keçirməyə başlayıblar.

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün avqustun 14-də startı planlaşdırılır. (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı