Qərargahdan bütün Premyer Liqa klublarına ŞAD XƏBƏR

10 İyul 2020 19:16 Premyerliqa 2 100
Qərargahdan bütün Premyer Liqa klublarına ŞAD XƏBƏR

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün startı avqustun ortalarına planlaşdırılır.

Bununla bağlı məsələ AFFA-nın İcraiyyə Komitəsinin bugünkü videokonfransında müzakirə olunub.

Sportinfo.az-ın dünən xəbər verdiyi kimi, bir müddət əvvəl avrokuboklarda iştirak edən klubların təlim-məşq toplanışı üçün razılıq alan AFFA həmçinin digər 4 komandanın da Premyer Liqaya hazırlaşmasından ötrü Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb (https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/87808.html).

Bu gün bununla bağlı müsbət cavab da gəlib. Elita təmsilçilərinə yeni mövsümün hazırlığına başlamaq icazəsi verilib. Komandalar sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə təlim-məşq toplanışı keçə bilərlər.

Klublar əvvəlcə koronavirus testindən keçəcək, daha sonra isə məşqə başlaya biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti