Azərbaycanda vur-tut 5 futbolçu var, qalanları…

10 İyul 2020 13:12 Premyerliqa 1 039
Azərbaycanda vur-tut 5 futbolçu var, qalanları…

Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri 2019/2020 mövsümünün ən yaxşı futbolçusu adına öz namizədlərini açıqlayıblar.

Sportinfo.az xəbər verir ki, sorğuda iştirak edən 8 mütəxəssisdən 3-ü Qara Qarayevə, 2-si Mahir Emreliyə (hər ikisi "Qarabağ") səs verib.

Digərləri isə "Neftçi"dən Stiven Monroz və Emin Mahmudovu, həmçinin "Qarabağ"dan Xayme Romeronu seçiblər (report).

Baş məqçilərin seçimləri aşağıdakı kimidir:

Qurban Qurbanov ("Qarabağ") - Stiven Monroz ("Neftçi")
Füzuli Məmmədov ("Neftçi") - Qara Qarayev ("Qarabağ")
Tərlan Əhmədov ("Keşlə") - Qara Qarayev ("Qarabağ")
Ayxan Abbasov ("Sumqayıt") - Mahir Emreli ("Qarabağ")
Zaur Həşimov ("Zirə"/istefa verib) - Qara Qarayev ("Qarabağ")
Jelko Sopiç ("Sabah"/istefa verib) - Xayme Romero ("Qarabağ")
Aftandil Hacıyev ("Səbail") - Mahir Emreli ("Qarabağ")
Elmar Baxşıyev ("Qəbələ") - Emin Mahmudov ("Neftçi")

Digər Xəbərlər
Xəbər Lenti