AFFA avrokuboklara getməyən 4 kluba kömək etmək istəyir

9 İyul 2020 20:20 Premyerliqa 1 103
AFFA avrokuboklara getməyən 4 kluba kömək etmək istəyir

Bilindiyi kimi, avrokuboklarda mübarizə aparacaq 4 klubun məşqlərə başlamasına icazə verilib.

«Qarabağ», «Neftçi», «Keşlə» və «Sumqayıt»ın səsinə Gənclər və İdman Nazirliyi hay verib.

Məhz GİN-in Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı danışıqlardan sonra bu məsələ öz müsbət həllini tapıb. Adıçəkilən komandalar Bakıdan kənarda – sərt rejimli kanantinin olmadığı Qəbələ və Şamaxıda təlim-məşq toplanışı keçirəcək.

Bəs Premyer Liqanın digər 3 klubu? Axı onlar da Premyer Liqanın yeni mövsümünə hazırlaşmalıdır. Peşəkar Futbol Liqası elitada növbəti «futbol ili»nin açılışını avqustun ortasına planlaşdırır.

«Qəbələ»ni çıxsaq, «Sabah», «Zirə» və «Səbail»in problemlə üzləşəcəyi dəqiqdir. Və bu da narahatlıq doğurur. Bizdə olan məlumata görə, AFFA onların üzləşdiyi problemlə əlaqədar GİN ilə yenidən danışıqlara başlayıb.

Prosesin gedişi ümid verir ki, iyulun 20-dən sonra həmin komandaların açıq hava şəraitində məşq etməsinə icazə veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti