Üç klub qərarını açıqladı, "Sumqayıt" "yoxa çıxdı" - VİDEO

9 İyul 2020 20:00 Premyerliqa 1 093
Üç klub qərarını açıqladı, "Sumqayıt" "yoxa çıxdı" - VİDEO

Avrokubokların 2020/21 mövsümündə Azərbaycanı təmsil edəcək klubların hazırlıq planları hələ tam bəlli deyil.

Bu gün dəqiq olan odur ki, koronavirus pandemiyası üzündən ölkədən kənara çıxa bilməyən klublar təlim-məşq toplanışını bölgələrdə gerçəkləşdirəcək.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında oynayacaq "Qarabağ", həmçinin Avropa Liqasında mübarizə aparacaq "Neftçi" Qəbələdə hazırlıq keçməyə qərar verib.

İki komandanın bir məkanda olması onların həm öz aralarında, həm də doğma məkanda olan "Qəbələ" ilə yoxlama oyunları keçirmək imkanı da yaradacaq.

"Keşlə" isə fərqli seçim edib. Qəbələyə yollanmaq barədə də düşünən paytaxt təmsilçisi sonda Şamaxı Olimpiya İdman Kompleksinə üstünlük verib.

Lakin bakılıların da yoxlama oyunu problemi yaranmamalıdır. Onlar o qədər də uzaq məsafədə olmayan Qəbələdə hazırlıq keçən klublarla qüvvəsini sınaya biləcək.

"Sumqayıt"a gəlincə, tarixində ilk dəfə qitə arenasında iştirak edəcək "kimyaçılar" qeyri-müəyyənlik içindədir. Maddi problemlər məngənəsində sıxılan komandanın hazırlıq planını tutmaq mümkün olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı