UEFA Azərbaycan klublarını avrokuboklara buraxdı

25 İyun 2020 19:45 Premyerliqa 810
UEFA Azərbaycan klublarını avrokuboklara buraxdı

UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA İcraiyyə Komitəsinin qərarına ilk təsdiq cavabı verib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumuna göndərilmiş qərara cavab milli assosiasiyaya daxil olub.

Həmin sənədə əsasən, "Qarabağ" Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.

Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.

AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının dayandırılması barədə qərar qəbul olunub. COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti