Hansı Azərbaycan klubu SƏS-KÜYLÜ TRANSFER edəcək?

23 İyun 2020 23:00 Premyerliqa 1 389
Hansı Azərbaycan klubu SƏS-KÜYLÜ TRANSFER edəcək?

Azərbaycan klublarından biri səs-küylü transfer etməyə hazırlaşır.

Hazırda danışıqlar aparılan legionerin ampluası hücumçudur və Yunanıstanda çıxış edir.

Qiyməti «əl yandırmasa» da, hər halda kifayət qədər yüksəkdir - 350 min avro.

Premyer Liqamızda bu pulu verə biləcək 2 komanda var. Biri «Qarabağ», biri «Neftçi». «Sabah»ın bir transferə bu qədər pul xərcləmək niyyətində olması mümkündür, ancaq bir o qədər real görünmür.

Hücumçu isə adları çəkilən klubların hamısına lazımdır. «Qarabağ» Çempionlar Liqasında mübarizə aparacaq və Qurban Qurbanov yaxınlarda Maqaye Qeyeni yola salıb.

O, irəli ucda yeni nəfəsə ehtiyac duyduğunu bütün açıqlamalarında dilə gətirir. Baqali Dabo ilə qalmaqal yaşayan «Neftçi»nin də bu sahə üzrə axtarışlara çıxması məlumdur.

Danışıqlar aparılan forvardın adı bizə bəllidir. Sadəcə, qiymət artımına səbəb verə biləcəyimizi düşünüb, hələlik ad açıqlamırıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!