Azərbaycan futbolunu hörmətə mindirən - Qurban Qurbanov

23 İyun 2020 19:02 Premyerliqa 691
Azərbaycan futbolunu hörmətə mindirən - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında çalışan baş məşqçilər orta hesabla 399 gün vəzifəsində qalır.

Sportinfo.az xəbər verir ki, bu, CİES Futbol Observatoriyasının araşdırmaları əsasında müəyyənləşib.

Orta göstəricinin yüksək olmasında komandalardan birində - “Qarabağ”da 12 ildir eyni mütəxəssisin çalışması səbəb olub. Qurban Qurbanovla müqayisədə digər çalışdırıcılar uzunmüddətli fəaliyyəti ilə seçilmir.

Araşdırmalarda dünyanın 79 ölkəsinin 110 liqası barədə məlumatlar yer alıb. Azərbaycan Premyer Liqası baş məşqçilərin fəaliyyət müddətinə görə 24-cü pillədədir.

Ümumilikdə, 110 liqadan yalnız 32-də mütəxəssislər ən azı bir il postunda qalır. Rekord isə Uels Premyer Liqasına məxsusdur. Orada baş məşqçilərin orta fəaliyyət müddəti 943 gündür. Bu rəqəm İsveçdə 890, İsveçrədə 701-ə bərabərdir.

İstefa qorxusunun hökm sürdüyü çempionat isə Braziliyanın B seriyasıdır. Bu liqada baş məşqçilər orta hesabla 122 gün postunda qalır. Türkiyə 1-ci liqasında 124, Latviya yüksək liqasında 134 gündən bir istefa gerçəkləşir.

Araşdırmalarda ən yaşlı və gənc baş məşqçilər də bəlli olub. Türkiyəli Həmdi Yılmaz (Keçiörəngücü) 74,47 yaşla ən təcrübəli, norveçli Ole Martin Nesselquist (Strommen) 26,96 yaşla ən gəncdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"