SOS! Azərbaycan məşqçisi yoxdur – Biləcəridən o yanda

23 İyun 2020 12:58 Premyerliqa 872
SOS! Azərbaycan məşqçisi yoxdur – Biləcəridən o yanda

Dünya ölkələrinə ən çox baş məşqçi ixrac edən ölkələrin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, CİES Futbol Observatoriyası 91 ölkənin 128 liqasının 1875 klubu ilə bağlı araşdırmalarının nəticələrini dərc edib.

Planetin müxtəlif ölkələrindəki təmsilçi sayında Argentina liderdir. Buranı təmsil edən mütəxəssislər 22 fərqli ölkədə 68 kluba rəhbərlik edir.

İspaniya 41, Serbiya 34, Almaniya və İtaliya hərəyə 27 baş məşqçini ölkə xaricinə göndərib. Portuqaliyanın 25, Uruqvayın 20 belə mütəxəssisi var. İlk “onluq”da İngiltərə (20), Braziliya (16) və Kolumbiya (14) da yer alıb.

Siyahıya ümumilikdə 78 ölkə düşüb. Hətta Lesoto, Mozambik, Yeni Zelandiya kimi qeyri-futbol ölkələri də xaricdə legioner məşqçiyə malikdir. Azərbaycan isə cədvələ düşməyib. Çünki ölkə xaricində, el arasında deyildiyi kimi “Biləcəridən o yanda” təmsil edən mütəxəssis yoxdur.

Azərbaycanda çalışan yeganə legioner – “Sabah”ın baş məşqçisi Jelko Sopiç vətəndən kənarda fəaliyyət göstərən 12 xorvatiyalıdan biridir. Balkan təmsilçisi cədvəldə 13-cü sıraya şərikdir.

Digər Xəbərlər
Xəbər Lenti