Azərbaycan Premyer Liqasında TƏKLƏNƏN ŞƏXS – FOTO

22 İyun 2020 16:42 Premyerliqa 928
Azərbaycan Premyer Liqasında TƏKLƏNƏN ŞƏXS – FOTO

Azərbaycan Premyer Liqasında cəmi bir legioner baş məşqçi var.

Sportinfo.az xəbər verir ki, bu, “Sabah”ın çalışdırıcısı Jelko Sopiçdir.

Çempionatda əcnəbi mütəxəssislərin çəkisi 12,5 faizdir. CİES Futbol Observatoriyasının 128 liqa üzrə apardığı araşdırmalara əsasən Azərbaycan 90-cı yerdədir. Premyer Liqamız kimi İsveç və Çexiya çempionatlarında da legioner baş məşqçilər 12,5 faiz təşkil edir.

Ən çox legioner isə Səudiyyə Ərəbistanındadır – 93,8 faiz. BƏƏ (92,9) ikinci, Qətər (91,7) üçüncüdür.

14 liqada əcnəbi baş məşqçi yoxdur. İrlandiya, İslandiya, Yamayka, Şimali İrlandiya, Rumıniyada birinci, Braziliya, Fransa, Cənubi Koreya, Türkiyə, Meksika, Rumıniya, Serbiya, Slovakiya və Ukraynada ikinci liqada yalnız yerlilər çalışır.

“Böyük beşlik” liqalarından İngiltərədə 55, Almaniyada 33,3, Fransada 22,7, İtaliyada 20, İspaniyada 15 faiz əcnəbi var. Türkiyədə bu rəqəm 16,7-dir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı