Premyer Liqa klublarının hərəsi bir rayonu təmsil etsə…

21 İyun 2020 13:40 Premyerliqa 1 321
Premyer Liqa klublarının hərəsi bir rayonu təmsil etsə…

Çox dediz ki, regionlarda komandalar yoxdur, bu da sizin üçün şans.

Aydın məsələdir ki, bu gedişlə Premyer Liqada növbəti mövsüm sentyabrdan tez başlamayacaq.

Onsuz da, AVRO-2020 öncəsi meydançalara dinclik lazımdır.

MLS misalı, franşiza kimi, Bakıdan köçün rayonlara. Sərt karantin rejimi tətbiq edilməyən rayon və şəhərlərimiz var, köçün ora. Danışın yerli icra orqanları ilə və indidən lazımi təmir işləri həyata keçirin.

Bircə mövsümlük "Keşlə" (Qazax), "Sabah" (Şəmkir), "Səbail" (Qax), "Zirə" (Mingəçevir) və s. "Kəpəz", "Turan" və "Araz Naxçıvan"ı da əlavə edək.

Keyfiyyətdə, ola bilər ki, itirərik. Amma futbolun restartı üçün (kim nə deyir desin, bu söz bərabər qaşılığı olmayan sözdür) bundan gözəl şans çətin bir də ələ düşər.

İndidən əl-ayağa düşmək, Operativ Qərargah ilə işçi qrup düzəltmək, bütün mənfi/müsbət tərəfləri araşdırmaq və müzakirə aparmaq lazımdır.

Bölgələr futbola həsrətdirsə, azarkeşlər futbola acdırsa, bundan yaxşı şans olmayacaq.

Emil Şükürov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!