Premyer Liqamızda koronavirus aşkarlansa ...

5 İyun 2020 17:10 Premyerliqa 610
Premyer Liqamızda koronavirus aşkarlansa ...

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular, hakimlərdə və digər üzvlərdə koronavirus aşkarlanacağı halda görüləcək tədbirləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.

Əgər sözügedən hal baş verərsə, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacağı bildirilib.

Bundan əlavə o da qeyd olunub ki, oyunun startına qədər stadiona gələn hər kəs (oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər) tibbi maskada olmalıdır.

Xəbər Lenti