"Xəzər Lənkəran"lı Moldova klubunun baş məşqçisi oldu

5 İyun 2020 09:14 Premyerliqa 479
"Xəzər Lənkəran"lı Moldova klubunun baş məşqçisi oldu

Moldovanın "Kodru" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Lozova təmsilçisi Denis Kalinkova tapşırılıb.

Bu vəzifədə Simeon Bulqarunu əvəzləyən 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Moldovalı veteran yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasına başçılıq edib.

Denis Kalinkov futbolçu karyerasında Azərbaycanda "Xəzər Lənkəran"ın formasını geyinib. O, 2009/2010 mövsümündə cənub təmsilçisində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!