Klubların diqqətinə - İyunun 1-dən icazənin verilməsi gözlənilir

28 May 2020 12:02 Premyerliqa 1 108
Klubların diqqətinə - İyunun 1-dən icazənin verilməsi gözlənilir

“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq”.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, çimərliyin açılması ilə bağlı bir problem görünmür: “İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir. Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.

Premyer Liqa martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!