"Neftçi"yə tapşırıq verilib ki… Koronavirusun öyrətdiyi

5 Aprel 2020 23:10 Premyerliqa 1 259
"Neftçi"yə tapşırıq verilib ki… Koronavirusun öyrətdiyi

Lənətəgəlmiş koronavirus üzündən günümüz dörd divar arasında keçir.

Ən pisi də odu ki, bu durumun nə qədər davam edəcəyini bilmirik.

Sportinfo.az xəbər verir ki, xəstəliyin ən ağır zərbələrindən biri də futbolsuzluqdu. Bir aya yaxındı ölkədaxili və beynəlxalq oyunlara həsrət qalmışıq. Futbola baxmaq bir yana, yazmağa da nəsə tapmaq çətindi. Bütün hallarda biz futbolu düşünür və yalnız bu haqda yazmağa çalışırıq.

Bu gün Avropanın ən böyük klubları məşqləri təxirə salır, fəaliyyətini dayandırır. Amma məşqlər hər nə qədər təxirə salınsa da, komandaların bir çoxu internet üzərindən onlayn şəkildə hazırlığı davam etdirir.

Bəs görəsən, Azərbaycan premyer-liqasında bu yola əl atanlar varmı? Suala cavab almaq üçün bəzi klubların mətbuat katibləri ilə əlaqə saxladıq (Futbol+):

Nurlan İbrahimov (Qarabağ): “Biz akademiyada aşağı yaş qrupları üçün onlayn məşqlər edirik. Ancaq əsas komandada buna ehtiyac duyulmayıb. Onlar peşəkar futbolçulardı. Lazımi tapşırıqlar verilib. Oyunçular da öhdəsinə düşənləri edirlər”.

Rüstəm Allahverdiyev (Neftçi): “Onlayn olmasa da, məşqçilər futbolçular üçün həftəlik proqramlar tərtib edib, karantin rejimində bunlarla məşğul olmaları tapşırılıb. Oyunçular da hazırlığı bu şəkildə davam etdirirlər”.

Elnur Həmidov (Sabah): “Karantin elan olunan gündən məşqçilər oyunçulara xüsusi proqram tətbiq ediblər. Futbolçular da bunun əsasında hazırlığı davam etdiririlər. Məşqlərlə bağlı baş məşqçi qərar verir. Onlayn hazırlığa ehtiyac duyularsa, biz də bunu tətbiq edərik”.

Elmar Abdullazadə (Zirə): “Onlayn məşqlərimiz yoxdur. Məşqçilər heyəti futbolçular üçün xüsusi proqram hazırlayıb. Onlar da buna əsasən çalışırlar”.

Rəşad Məmmədov (Sumqayıt): “Bizdə karantin elan olunandan onlayn məşqlər gedir. Bu gündən etibarən sosial şəbəkə hesablarımızda videoalar paylaşacağıq. Hazırlıq baş məşqçi Ayxan Abbasovun nəzarəti altında fiziki hazırlıq üzrə məşqçinin tərtib etdiyi proqram əasında davam edir. “Sumqayıt”ın heyətindən heç kim evinə getməyib, hamı burdadı. Odu ki, müntəzəm onlayn məşqlərimiz davam edir”.

Törə Əhmədova (Səbail): “Futbolçular məşqlərini verilən proqram üzrə davam etdirir. Baş məşqçi onlayn hazırlığa ehtiyac duymur. Çünki oyunçulardan eləsi var ki, bağ evində qalır, qaçır, topla çalışa bilir. Ancaq bəzilərində bu imkan yoxdu. Ona görə də hər biri verilən tapşırıqları fərdi şəkildə yerinə yetirir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!