Azərbaycan klubları futbolçularla müqavilələri uzadacaq

1 Aprel 2020 22:50 Premyerliqa 556
Azərbaycan klubları futbolçularla müqavilələri uzadacaq

UEFA quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.

Sportinfo.az xəbər verir ki, iclasdan sonra bir sıra qərarlar qəbul edilib.

Onlardan biri cari mövsümü başa vurmaq üçün oyunçuların müqavilələrinin uzadılması ilə bağlıdır. 30 iyunda başa çatan sözləşmələr uzadılmalıdır.

Bu klubların saxlamaq istədikləri oyunçular üçün deyil, bütün futbolçulara şamil olunmalıdır. Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqası da dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti