Yuxusunda görmədiyi Azərbaycana gələn – KİMDİR O?

15 Fevral 2020 12:02 Premyerliqa 1 261
Yuxusunda görmədiyi Azərbaycana gələn – KİMDİR O?

Böyük Britaniya mətbuatı vaxtilə “böyük beşlik” ölkələrində uğurla çıxış edən, lakin hazırda aşağı səviyyəli çempionatlarda gün keçirən futbolçularla bağlı araşdırma aparıb.

Sportinfo.az xəbər verir ki, həmin siyahıda “Səbail”in yarımmüdafiəçisi Maykl Essyenin də adı var.

“Çelsi”dəki parlaq çıxışı ilə xatırlanan Qana millisinin sabiq üzvü hələ də nə istədiyini bilməyən, buna baxmayaraq, oynamağa davam edən oyunçular sırasında göstərilib:

“Onlar hələ də dünya futbol meydanlarındadırlar. Halbuki yuxularında görə bilmədiklərini yaşayırlar. Əvvəlki oyunlarını göstərmirlər, amma hələ də sevimli peşələrindən ayrılmırlar”.

Karyerasında eniş yaşayan futbolçular:
Maykl Essyen (“Səbail”, Azərbaycan)
Roke Santa Kruz (“Olimpiya”, Paraqvay)
Şunsuke Nakamura (“Yokohama”, Yaponiya)
Naycel de Yonq (“Əl Şahaniyə”, Qətər)
Milan Baroş (“Banik”, Çexiya)
Yaya Ture (“Huanqai”, Çin)
Aleksandr Qleb (klubsuz)
Qael Klişi (“Başakşəhər”, Türkiyə)
Martin Şkrtel (“Başakşəhər”, Türkiyə)
Tomas Vermalen (“Vissel Kobe”, Yaponiya)
Mario Qomes (“Ştutqart”, Almaniya)
Mussa Dembele (“Quançjou”, Çin)
Luiş Nani (“Orlando Siti”, ABŞ)
Salomon Kalu (“Herta”, Almaniya)
Papiss Sisse (“Alanyaspor”, Türkiyə)
Con Obi Mikel (“Trabzonspor”, Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”