Avropa klubu Azərbaycandan gələn sərfəli təklifi rədd etdi

14 Fevral 2020 19:42 Premyerliqa 1 163
Avropa klubu Azərbaycandan gələn sərfəli təklifi rədd etdi

“Levski”nin qapıçısı Milan Miyatoviç Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin kiperi açıqlayıb.

Miyatoviç “Levski”yə ötən il “Buduçnost”dan keçib. 33 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında qış fasiləsində Azərbaycana köçmək ehtimalının olduğunu söyləyib.

“Levski”nin bu təklifi qəbul etmədiyini bildirən Miyatoviç yayda Bolqarıstan klubundan ayrılacağını istisna etməyib. O, apreldə bu məsələyə aydınlıq gələcəyini vurğulayıb:

“Klubda hər şey əladır. Məndən razıdırlar və hətta Azərbaycandan sərfəli təklifi rədd etdilər. Ancaq zaman keçdikcə futbolçular gedir, rəhbərlər dəyişir.

Maydan sonra burada qalacağıma rəhbərlik qərar verəcək. Müqaviləmdə yer alan bənddən istifadə edib onu uzadıb-uzatmayacaqlarını həmin vaxt görəcəyik.

Ancaq bir problem var ki, yerli federasiya qapıçı mövqeyini inkişaf etdirmək üçün Avropa Birliyinə üzv olmayanlara məhdudiyyət qoyacaq.

Bolqarıstanlı qapıçıların vəziyyəti yaxşı olmadığından, bu yolla milliyə kömək etmək istəyirlər. Qərarın əvvəlcədən burada olan qapıçılara şamil ediləcəyini düşünmürəm. Hər halda apreldə hər şey müəyyənləşəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!