Azərbaycanda oynamış müdafiəçi Gürcüstan klubunda

12 Fevral 2020 12:58 Premyerliqa 751
Azərbaycanda oynamış müdafiəçi Gürcüstan klubunda

Azərbaycanda AZAL və “İnter” (indiki “Keşlə”) klublarında forma geyinən Laşa Kasradzenin yeni iş yeri bilinib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Son klubu “Taraz” olan Kasradze, Kutaisi “Torpedo”suna keçib. Gürcüstanlı müdafiəçi ilə imzalanan müqavilənin detalları bəlli deyil.

2014-cü ilin yayında AZAL-a keçən Kasradze, 2015/16 mövsümündə “İnter”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti