"Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 - TURUN "11"İ

18 Fevral 2020 12:14 Premyerliqa 732
"Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 - TURUN

Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası və futbolçusu bəlli olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlili əsasında “11-liy”ə "Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 futbolçu düşüb.

"Qarabağ"ın müdafiəçisi Ailton Silva simvolik heyətə 6-cı, "Səbail"dən Ürfan Abbasov isə ilk dəfə düşüb.

Qapıçı: Şahruddin Məhəmmədəliyev – 255 (“Qarabağ”)

Müdafiəçilər: Ailton Silva - 322 (“Qarabağ”) - 6, Anton Krivotsyuk – 313 (“Neftçi”) - 4, Bədavi Hüseynov - 334 (“Qarabağ”) - 3, Urfan Abbasov - 244 (“Səbail”)

Yarımmüdafiəçilər: Stiven Monroz – 279 (“Neftçi”) - 5, Emin Mahmudov - 296 (“Neftçi”) - 2, Abdulla Zubir - 349 (“Qarabağ”) - 4, Xayme Romero – 303 (“Qarabağ”) - 4

Hücumçular: Mahir Emreli - 320 (“Qarabağ”) - 4, Rauf Əliyev – 288 (“Səbail”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Xəbər Lenti