Zambiya millisinin ən çox qol vuran forvardı Azərbaycanda?

9 Fevral 2020 20:58 Premyerliqa 1 685
Zambiya millisinin ən çox qol vuran forvardı Azərbaycanda?

Zambiya yığmasının futbolçusu Castin Şonqa karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az CAR mətbuatına istinadən xəbər verir ki, “Orlando Payrets”in hücumçusu klubu ilə yollarını ayırmağa hazırlaşır.

Yohanesburq klubunda son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçu oyun praktikasından əziyyət çəkməmək üçün “Orlando Payrets”i tərk etmək fikrindədir.

Müqaviləsinin ləğvi və oyunçunun azad agent statusu alması ilə bağlı tərəflər arasında danışıqlar davam edir. Şonqanın tezliklə istəyinə nail olması gözlənilir.

Çünki “Orlando Payrets” ötən ay iki futbolçusunun analoji istəyini həyata keçirib. Zambiyalı forvardın xidmətində Azərbaycan, Rusiya və Türkiyə klublarının maraqlı olduqları bildirilir.

Castin Şonqa hazırkı Zambiya millisinin ən çox qol vuran futbolçusudur. O, 25 oyuna 13 qol vurub.

Xəbər Lenti