Azərbaycan klubları ona bu pulu verə bilməyəndən sonra…

9 Fevral 2020 14:50 Premyerliqa 1 109
Azərbaycan klubları ona bu pulu verə bilməyəndən sonra…

“Real” və “Mançester Siti”nin sabiq futbolçusu Emmanuel Adebayorun yeni iş yeri məlum olub. 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.

Toqolu hücumçu “Olimpiya”ya keçib. Bu barədə klubun sosial şəbəkə hesablarında da məlumat paylaşılıb. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Karyerası ərzində “Arsenal”, “Real”, “Mançester Siti”, “Tottenhem”, "Mets", "Monako", ""Kristal Pelas", "Başakşəhər"
kimi klublarda forma geyinən Adebayor son olaraq “Kayserispor”un şərəfini qoruyub.

Sportinfo.az-ın məlumatına görə, afrikalı ulduz Türkiyədən ayrılandan sonra Azərbaycan və Qazaxıstan klublarına təklif edilib.

“Neftçi“ və “Qarabağ“ onun xidmətinə maraq duymayıb. Çünki Adebayor 300 min avrodan artıq illik müqavilə istəyib və əsas heyət üzvü olmasıyla bağlı bəzi əlavə şərtlər də irəli sürüb.

Xəbər Lenti