Azərbaycan klubları futbolçulara 17 milyon avro ödəyib? - 2018-ci ildə

16 Yanvar 2020 20:55 Premyerliqa 666
Azərbaycan klubları futbolçulara 17 milyon avro ödəyib? - 2018-ci ildə

Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın həcmi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib.

Çempionatdakı 8 komanda oyunçularına toplamda 17 milyon avro əməkhaqqı ödəyib. Orta hesabla hər klub oyunçulara 2.1 milyon avro maaş verib.

Ölkə çempionatı bu göstəriciyə görə Avropada 30-cudur. İlk pillədə 3 milyard 235 milyon avro maaş ilə İngiltərə Premyer Liqası qərarlaşıb.

İspaniya La Liqasındakı klublar oyunçulara 2 milyard 20 milyon avro, Almaniya Bundesliqa təmsilçiləri isə ümumilikdə 1 milyard 664 milyon avro maaş veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı