"Heç kim Qurban Qurbanovun "Qarabağ"dan getməsini dilə gətirmir"

15 Yanvar 2020 23:50 Premyerliqa 1 823
"Heç kim Qurban Qurbanovun "Qarabağ"dan getməsini dilə gətirmir"

Ukrayna mətbuatı "Astana"dan ayrılan Roman Qriqorçukun karyerasına harada davam etməsi ilə bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yazıda "Qəbələ"nin sabiq çalışdırısının Azərbaycana qayıtmaq variantı da müzakirə olunub:

"Göründüyünü kimi , Şərqdə Roman Qriqorçukun sərgüzəştləri sona yaxınlaşır. Azərbaycanda ukraynalı məşqçi özü haqqında gözəl bir iz qoydu.

Ancaq yerli çempionatda yalnız bir klub Qriqorçukun ambisiyalarına uyğundur - "Qarabağ". Amma orada uzun müddətdir Qurban Qurbanov uğurla işləyir və heç kim onun getməsini dilə gətirmir.

Qazaxıstanda Qriqorçuk qeyri-müəyyən və qeyri-sabit nəticələrlə yadda qaldı . Məşqçinin özü yerli çempionatın çətinliklərindən, xüsusən də uzaq məsafəli uçuşlardan danışdı. Qriqorçukun özü də çətin ki orada qalmaq istəyirdi..

Ukrayna futbol dairələrində məşhur olan şərq yolu - Səudiyyə Ərəbistanı da real variant kimi görünmür. Qriqorçuk elə adlı-sanlı və məşhur məşqçi deyil ki, yerli şeyxləri cəlb etsin.

Bəli, Çempionlar Liqasının qrup mərhələsinə yollanmağı arzulayan bir məşqçiyə indi Səudiyyə Ərəbistanına getmək qəribə olardı".

Yazıda Qriqorçukun karyerasını vətənində davam etdirməsinin ən düzgün variant olacağı vurğulanıb. Onun Kiyev "Dinamo"su, "Şaxtyor" və "Zarya"da çalışa biləcəyi bildirilib.

Xəbər Lenti