Azərbaycan futbolunun ən kobud oyunçuları

7 Yanvar 2020 11:00 Premyerliqa 949
Azərbaycan futbolunun ən kobud oyunçuları

Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox vərəqə alan futbolçular müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, apasport.az onilliyin klubları, bombardirləri, “qvardiyaçıları”nın ardından intizamsızların da siyahısını tərtib edib.

2010-19-cu illərdə ən çox vərəqə alan oyunçu İlkin Qırtımovdur. Bu müddətdə müxtəlif klubların şərəfini qoruyan müdafiəçi 8-i qırmızı, 71-i sarı olmaqla 79 vərəqə ilə cəzalanıb. O, həm ümumi, həm sarı, həm qırmızıların sayında “liderdir”.

50 və daha çox vərəqə alanların siyahısında 11 futbolçu yer alıb. 2-ci olan Şəhriyar Rəhimov 71, 3-cü olan Tural Axundov 64 dəfə cəzalanıb. Lakin onların hesabında olan qırmızı vərəqələrin sayı yetərincə azdır.

Meydandan kənarlaşdırılma sayında 2-ci yerdə isə Vurğun Hüseynovdur. O, 7 dəfə komandasını natamam heyətdə qoyub. Adrian Skarlatake qırmızı vərəqə sayında 3-cüdür.

O, həm də legionerlər arasında 1-cidir. Ümumi vərəqə sayında isə Viktor İbekoyi əcnəbilər arasında “liderdir”.

5 və daha çox qırmızı vərəqə alanların sayı 6-dır. Onlar arasında milliləşən legioner Tagim Novruzov diqqət çəkir.

Ən çox vərəqə alanlar 200 və daha çox görüşdə bu qədər cəzalanıbsa, yığmamızın rusiyalısı cəmi 101 görüşdə 5-i qırmızı olmaqla 46 vərəqə görüb. O, ən azı 25 vərəqə alanlar arasında orta göstəricilərdə hamıdan intizamsızdır.

Emin Mehdiyev isə vərəqələrin dəqiqəyə nisbəti baxımından 1-cidir. Hesabında 4-ü qırmızı olmaqla 33 vərəqə olan futbolçu hər 112 dəqiqədən bir cəzalanıb.

50 və daha çox vərəqə alanlar

yer

futbolçu

vərəqə

qırmızı

1.

İlkin Qırtımov

79

8

2.

Şəhriyar Rəhimov

71

3

3.

Tural Axundov

64

2

4.

Vurğun Hüseynov

62

7

5.

Viktor İbekoyi

62

4

6.

Rasim Ramaldanov

60

4

7.

Novruz Məmmədov

60

3

8.

Erik Ramos

56

1

9.

Şəhriyar Əliyev

51

2

10.

Adrian Skarlatake

50

6

11.

Aleksandr Çertoqanov

50

5

5 və daha çox qırmızı alanlar

yer

futbolçu

qırmızı

1.

İlkin Qırtımov

8

2.

Vurğun Hüseynov

7

3.

Adrian Skarlatake

6

4-6.

Tagim Novruzov

5

Aleksandr Çertoqanov

5

Elnur Allahverdiyev

5

Digər Xəbərlər
Xəbər Lenti