Premyer Liqamızın ən bahalı futbolçuları - YENİLƏNMİŞ SİYAHI

7 Yanvar 2020 10:45 Premyerliqa 1 619
Premyer Liqamızın ən bahalı futbolçuları - YENİLƏNMİŞ SİYAHI

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer bazarındakı dəyəri yenilənib.

Sportinfo.az “transfermarkt”ə istinadən xəbər verir ki, Premyer Liqanın ən dəyərli futbolçuları “Qarabağ”da çıxış edir.

Ən bahalı oyunçu Abdulla Zubirdir. Onun qiyməti 1,6 milyondur. İkinci yerdə 1.3 milyon avro ilə Maksim Medvedev qərarlaşıb.

Ağdam klubun digər legioneri Filip Ozobiç ilk “3-lüy”ü qapayır. Bədavi Hüseynov, Mahir Emreli (hər ikisi 1,2 mln), Qara Qarayev və Ailton Silva (hər ikisi 1,1 mln) növbəti sıralarda gəlirlər.

İlk “10-luq”da “Neftçi”nin 3 futbolçusu da yer alıb. Emin Mahmudov və 100 min avro dəyər qazanan Stiven Monroz 1 milyonluq qiymətlə 8-9-cu yerləri bölüşür.

Premyer Liqamızda ən bahalı heyət “Qarabağ”da (14,78 mln), ən ucuz isə “Qəbələ”dədir (4,73 mln).

Digər Xəbərlər
Xəbər Lenti