Azərbaycan Premyer Liqasında son 10... - BİLİNDİ

5 Yanvar 2020 09:15 Premyerliqa 857
Azərbaycan Premyer Liqasında son 10... - BİLİNDİ

Azərbaycan Premyer Liqasında son 10 ilin bombardiri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 2010-19-cu illərin ən məhsuldar futbolçuları siyahısına Rauf Əliyev başçılıq edir.

Bu müddətdə “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Keşlə”, “Xəzər Lənkəran” və “Bakı”da oynamış hücumçunun hesabında 49 qol var. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.

Azərbaycanda yalnız “Qarabağ”da oynamış Reynaldo Silva ilə Riçard Almeyda eyni sayda – hərəyə 44 qol vurub. Braziliyalılar 2-ci pilləyə şərikdirlər.

Onları hərəyə 38 top vuran 4 futbolçu izləyir. Ayrı-ayrı illərdə Premyer Liqanın bombardiri olmuş Nikola Kanales, Bahodir Nasimov və Mahir Emreli ilə yanaşı, Ruslan Qurbanovun da hesabında eyni sayda qol var.

Baqali Dabo ilə Junior Nildo onlardan bir top geri qalır. İlk “onluğ”u 36 dəfə fərqlənən Baçana Sxadadze qapayır (apasport.az).

Ən yaxşı 10 bombardirdən yalnız ikisi – Raufla Mahir Azərbaycan futbolunun yetirməsidir. 8 legionerdən ikisi – Riçard Almeyda və Ruslan Qurbanov milliləşən legionerlərdir.

1.

Rauf Əliyev

49

2-3.

Reynaldo Silva

44

Riçard Almeyda

44

4-7.

Bahodir Nasimov

38

Mahir Emreli

38

Nikolas Kanales

38

Ruslan Qurbanov

38

8-9.

Baqali Dabo

37

Junior Nildo

37

10.

Baçana Sxadadze

36

Digər Xəbərlər
Xəbər Lenti