Qurban Qurbanov hara, bu adam hara! - FOTO

31 Dekabr 2019 13:00 Premyerliqa 1 008
Qurban Qurbanov hara, bu adam hara! - FOTO

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, planetin ən güclü 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.

“Top-1000”də yeganə azərbaycanlı məşqçi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. O, 1054 xalla dünyanın 574-cüsüdür. 47 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə bir addım irəliləyib.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə yerində sayıb. Hesabında 818 xal olan appenninli yenə 678-ci yerdədir. Cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 min 917 xal var.

Digər Xəbərlər
Xəbər Lenti