Zaur Həşimov daha bir legionerdən imtina etdi

13 Dekabr 2019 15:29 Premyerliqa 1 103
Zaur Həşimov daha bir legionerdən imtina etdi

Qış fasiləsində "Zirə"dən ayrılacağı gözlənilən daha bir futbolçu müəyyənləşib. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Anastasios Papazoqludan sonra Adrian Skarlatakenin də göndərilməsi gündəmdədir.

Komandanın baş məşqçisi Zaur Həşimov artıq bununla bağlı rəhbərliyə öz fikrini çatdırıb. Gənc mütəxəssis tez-tez zədələnən, qeyri-sabit çıxışı ilə diqqət çəkən rumıniyalı müdafiəçinin müqaviləsinə xitam verilməsini istəyib.

Qeyd edək ki, Skarlatakenin "Zirə" ilə mövsümün sonuna qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti