"Baş məşqçimiz yanımızda idi" - FİZULİ MƏMMƏDOV

8 Dekabr 2019 19:20 Premyerliqa 751
"Baş məşqçimiz yanımızda idi" - FİZULİ MƏMMƏDOV

Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah” üzərində 2:0 hesablı qələbə qazanan "Neftçi"nin məşqçisi Füzuli Məmmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, qələbəyə baxmayaraq çətin qələbə qazandıqlarını etiraf edib:

"Çətin oyun olduğunu hamı gördü. Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm. Baş məşqçimiz də yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq".

Qeyd edək ki, baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün oyunun protoluna əsasən komandanı "Sabah"la qarşılaşmaya köməkçi-məşqçi Fizuli Məmmədov çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti