"Sabah" 4 azarkeşi sevindirdi

3 Dekabr 2019 18:30 Premyerliqa 714
"Sabah" 4 azarkeşi sevindirdi

Xəbər verdiyimiz kimi, "Sabah" Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ"la oyununda yeniliyə imza atıb. Matçı tribunadan canlı izləyən 4 azarkeş hədiyyə qazanıb.

Belə ki, fanatlardan 3 nəfər titul sponsoru olan Bank Respublikadan 100 manat, 1 nəfər isə akademiyanın sponsoru Maxi.az-dan televizor əldə edib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, qaliblər fasilədə müəyyənləşib. Matçdan sonra isə hədiyyələri təqdim olunub. 100 manatlıq hədiyyədən biri "Qarabağ"ın "İmarət" fan-klubun üzvünə qismət olub. Müsabiqənin digər qalibləri isə "Sabah" azarkeşi və bitərəf tamaşıçılar olublar.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti