"Keşlə" 2-ci pilləyə yüksəldi, "Zirə" Qəbələ səfərində uduzdu - YENİLƏNİB

30 Noyabr 2019 18:58 Premyerliqa 1 154
"Keşlə" 2-ci pilləyə yüksəldi, "Zirə" Qəbələ səfərində uduzdu - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XIII tur start götürüb. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun ilk görüşü Qəbələdə keçirilib. Şəhərin eyniadlı təmsilçisi "Zirə" üzərində inamlı qələbə qazanaraq xal ehtiyatını yaxşılaşdırıb.

Günün ikinci oyunu "ASCO Arena"da keçirilib. "Keşlə" ən yaxın izləyicisi "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. 2:1 hesablı qələbə qazanan paytaxt klubu ikinci pillədəki yerini qaytarıb.

Qeyd edək ki, turun digər iki oyunu sabah və birigün keçiriləcək.

Premyer Liqa, XIII tur

30 noyabr (şənbə)

17:00. “Keşlə” – “Sumqayıt” 2:1

Qol: Miyusko Boyoviç, 16, Lorenzo Frutos, 54 - Əmir Ağayev, 66

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”

“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 21. Miyusko Boyoviç, 3. Cabir Əmirli, 2. İlkin Qırtımov, 25. Con Kamara, 7. Tural Bayramlı, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 9. Lorenzo Frutos

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə, 10. Əmir Ağayev, 46. Aleksey İsayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ” – “Zirə” 3:0

Qollar: Rövlan Muradov, 12, Fernan Lopes, 41, David Volkov, 70.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 3. İviça Zuniç, 2. Amin Seydiyev, 6. İbrahima Niasse, 8. Qismət Alıyev, 77. Merab Qiqauri, 19. Rövlan Muradov, 21. Fernan Lopez, 9. Davit Volkov, 10. Klesio Bauk

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov

Baş məşqçi: Azər Bağırov

“Zirə”: 28. Boyan Zoqoviç, 25. Miloş Bakraç, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 88. Tellur Mütəllimov, 8. İlkin Muradov, 4. Elvin Camalov, 70. Nicat Süleymanov, 7. Cavid Hüseynov (k), 18. Xulio Sezar Rodrigez, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

1 dekabr (bazar)

15:00. “Səbail” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“ASCO Arena”

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Bank Respublika Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 12 8 3 1 21-5 27
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 12 6 3 3 20-11 21
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 12 3 4 5 14-15 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 12 3 2 7 9-20 11

Bombardirlər: Lorenzo Frutos ("Keşlə") - 6 qol, Davit Volkov ("Qəbələ") - 5 qol, Mehdi Şərifi ("Sumqayıt") - 5 qol, Peyman Babayi ("Sumqayıt") - 5 qol, Stiven Monroz ("Neftçi") - 5 qol, İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol, Maqaye Qeye ("Qarabağ") - 4 qol, Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol

Xəbər Lenti