"Qəbələ" ilə "Zirə"nin 18-ci dueli

29 Noyabr 2019 13:49 Premyerliqa 471
"Qəbələ" ilə "Zirə"nin 18-ci dueli

“Zirə” Premyer Liqanın 13-cü turunda “Qəbələ” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, noyabrın 30-da keçiriləcək matç “qartallar”ın mövsümün ilk yarısında çempionatda son səfər sınağı olacaq.

Qəbələdəki görüş iki komanda arasında 18-ci duel olacaq. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin oyunlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə meydandan "sülh"lə ayrılan komandaların oyunlarında “Zirə”nin 4, “Qəbələ”nin isə 5 qələbəsi var. Topların fərqi 15-19 - qəbələlilərin xeyrinədir.

Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən qəsəbə təmsilçisinin heyətində 11 futbolçu “Qəbələ”nin qapısına yol tapıb. Onlardan dördü daha çox - hərəyə 2 dəfə (Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriç) fərqləniblər.

“Zirə” 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komandamız 6 qol vurub, 8-ni buraxıb.

Xəbər Lenti