"Bu, tamamilə xüsusi hissdir" - Aleksandr Rıbka

28 Noyabr 2019 17:13 Premyerliqa 1 006
"Bu, tamamilə xüsusi hissdir" - Aleksandr Rıbka

"Səbail"in qapıçısı Aleksandr Rıbka Premyer Liqanın XIII turunda "Neftçi" ilə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan ukraynalı qolkiper "ağ-qaralar"ı məğlub edərək "qara zolaq"dan çıxmaq istədiklərini bildirib:

"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu, tamamilə xüsusi hissdir. İndi fkirlərimiz ancaq "Neftçi" ilə növbəti oyunumuza bağlıdır. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".

Qeyd edək ki, "Səbail" - "Neftçi" oyunu dekabrın 1-də keçiriləcək.

Xəbər Lenti