"Zirə" və "Sumqayıt" yenə sülhə razılaşdı

16 Noyabr 2019 17:20 Premyerliqa 441
"Zirə" və "Sumqayıt" yenə sülhə razılaşdı

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Zirə" və "Sumqayıt" yoxlama görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandaların dueli qolsuz başa çatıb.

Qeyd edək ki, bu komandalar Premyer Liqanın X turu çərçivəsində noyabrın 3-də eyni məkanda üz-üzə gəlmiş və həmin qarşılaşma da heç-heçə (2:2) yekunlaşmışdı.

Xəbər Lenti