"Keşlə" və "Neftçi" də Bayraq Gününü unutmadı - FOTOLAR

9 Noyabr 2019 17:09 Premyerliqa 640
"Keşlə" və "Neftçi" də Bayraq Gününü unutmadı - FOTOLAR

Bu gün ölkəmizdə qeyd olunan Dövlət Bayrağı Gününə "Keşlə" və "Neftçi" klubları da biganə qalmayıb.

Sportinfo.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, "Keşlə" paytaxt derbisində meydana şəhid və Qarabağ müharibəsi veteranlarının övladları və "Qəhrəmanları olan vətənin bayrağı enməz" yazılmış bannerlə meydana çıxıb. Qonaqlar isə üzərində "Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma hakimliyim" misraları yazılmış bannerlə meydana daxil olublar.

Qeyd edək ki, oxşar addımı turun az öncə başa çatan "Qəbələ" - "Səbail" görüşündə (3:0) meydan sahibləri də atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"