Azərbaycan Premyer Liqasına burada yer yoxdur - FOTO

4 Noyabr 2019 21:20 Premyerliqa 831
Azərbaycan Premyer Liqasına burada yer yoxdur - FOTO

İsveçrənin “CIES Football Observatory” şirkəti Avropa liqalarında oynayan futbolçuların yaşları ilə bağlı araşdırma aparıb. Sportinfo.az xəbər verir ki, araşdırmaya əsasən, qitədəki 31 liqada oyunçuların orta yaş həddi 10 il ərzində az dəyişib.

On il öncə bu göstərici 25,9 olub. 1 oktyabr 2019-cu il tarixinə olan məlumatlara görə, bu rəqəm 26,07 təşkil edir. Avropa liqalarında ən çox 24 yaşlı futbolçunun olduğu vurğulanıb.

31 liqada 463 klubda çıxış edən 11 min 692 oyunçu araşdırılıb. Slovakiya çempionatı 24,31 yaş ortalaması ilə birinci, Hollandiya ikinci (24,54), Sloveniya isə üçüncü (24,57) pillədə qərarlaşıb.

Araşdırılan ölkələr içərisində Azərbaycan Premyer Liqası yer almayıb.

Digər Xəbərlər
Xəbər Lenti