HK prinsipial qarşılaşmanı Əliyar Ağayevə tapşırdı

23 Oktyabr 2019 15:03 Premyerliqa 861
HK prinsipial qarşılaşmanı Əliyar Ağayevə tapşırdı

Premyer Liqada 9-cu turun hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turun ən prinsipial qarşılaşmasının "Sumqayıt" - "Neftçi" oyununun olacağını ehtimal edən Hakimlər Komitəsi görüşü FİFA referisi Əliyar Ağayevə tapşırıb. Bu komandaların "Bakcell Arena"da keçirilmiş ilk oyununda son dədiqələrdə xoşagəlməz olaylar yaşanmış, meydan sahiblərinin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev sumqayıtlıların baş məşqçisi Ayxan Abbasovu yumruqla vurmuşdu.

Premyer Liqa. 9-cu tur

26 oktyabr (şənbə)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

18:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu

Digər Xəbərlər
Xəbər Lenti