Premyer Liqa klubları dövlətin ayırdığı pulu AFFA-dan ala bilmir

23 Yanvar 2023 10:40 Premyerliqa 928
Premyer Liqa klubları dövlətin ayırdığı pulu AFFA-dan ala bilmir

Dövlət tərəfindən Premyer Liqa klublarına ayrılan dotasiyanın dekabr ayı üzrə köçürmələri gecikib.

Bu haqda Sportinfo.az-a elita iştirakçılarının funksionerləri məlumat verib.

Onların sözlərinə görə, yubanma AFFA-dan qaynaqlanır.

Adətən, federasiya hər ayın 15-20-si aralığında yardım paketini klubların xüsusi bank hesablarına «transfer» etsə də, avqust-sentyabr aylarındakı kimi köçürmələr arasında «uzun quyruq» əmələ gəlib.

Redaksiyamıza bu barədə məlumat verən idarəçilərin bildirdiyinə görə, AFFA ödəmələrin vaxtında həyata keçirilməməsini müxtəlif amillərlə əlaqələndirib və onlara söz verib ki, problem bu həftə ərzində həllini tapacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular