"Qarabağ" qara zolaqda? - Azərbaycan klublarını düşündürən məqam

22 Yanvar 2023 16:40 Premyerliqa 1 990
"Qarabağ" qara zolaqda? - Azərbaycan klublarını düşündürən məqam

Yoldaşlıq oyunlarındakı nəticələr heç də həmişə komandaların real gücünü əks etdirir.

Məsələn, “Qarabağ” illərdir Antalya və Avstriya toplanışlarında uğursuz nəticələrlə yadda qalsa da, çempionatda və avrokuboklarda əksini görürük.

Elə buna görə də qələbə üzünə həsrət qalan “Neftçi”ni, yaxud qapısından ən çox top buraxan “Qarabağ”ı (7 top) “asıb-kəsmək” və ya Premyer Liqa təmsilçiləri arasında ən uğurlu çıxışla yadda qalan bölgə təmsilçiləri – “Kəpəz”lə “Turan Tovuz”u dağ başına qoymaq düzgün yanaşma olmaz.

Təmsilçilərimizin keçirdiyi oyunlara və nəticələrə diqqət yetirib, məsələyə fərqli prizmadan yanaşacağıq.

Qarabağ – Rakov (Polşa) 0:3

Qarabağ – Çukariçki (Serbiya) 1:0 (K.Medina)

Qarabağ – Poqon (Polşa) 2:4 (M.Yankoviç, A. Zubir)

Sabah – Varta (Polşa) 1:1 (A.Kaşuk)

Sabah – Voyvodina (Serbiya) 4:2 (D.Volkov (2), A.İsayev, A.Kaşuk)

Neftçi – Vaşaş (Macarıstan) 1:1 (K.Sayef)

Neftçi – Meds Leqnitsa (Polşa) 1:2 (A.Salyanski)

Neftçi – Srvena Zvezda (Serbiya) 0:1

Zirə - Çindia (Rumıniya) 3:2 (C.Diniyev, T.Qomes, H.Keyta)

Zirə - “Seged Çanad” (Macarıstan) 1:3 (T.Qomes)

Zirə - Radniçki (Serbiya) 0:0

Qəbələ - Sepsi (Rumıniya) 2:2 (Ü.İsgəndərov, İ.Alimi)

Qəbələ - Lukenvalde (Almaniya) 3:2 (G.Əsədov, R.Maçado, F.Santos)

Qəbələ - Teplitse (Çexiya) 1:2 (R.Maçado)

Turan Tovuz – Petrolul (Rumıniya) 2:3 (N.Həsənzadə, A.Hüseynov)

Turan Tovuz – Aarau (İsveçrə) 1:0 (A.Hüseynov)

Turan Tovuz – Jetısu (Qazaxıstan) 2:0 (A.Hüseynov, D.Marandiç)

Şamaxı – Kaysar (Qazaxıstan) 0:0

Şamaxı – Botoşani (Rumıniya) 0:1

Şamaxı – Napredak (Serbiya) 0:1

Sumqayıt – Radnik (Serbiya) 2:1 (S.Əhmədov)

Sumqayıt – Krılya Sovetov (Rusiya) 0:1

Kəpəz – MTK Budapeşt (Macarıstan) 1:0 (F.Nəbiyev)

Kəpəz – Novi Pazar (Serbiya) 0:0

Kəpəz – Kaysar (Qazaxıstan) 3:0 (A.Ayzaya (2), M.Kvirkviya)

Səbail – Legiya (Polşa) 2:2 (Q.D.França, M.Abbasov)

Səbail – Bohemians 1905 (Çexiya) 0:0

Səbail - Spartak (Serbiya) 0:1

“Sabah”la “Sumqayıt” digərləri kimi 3 yox, 2 oyun keçirdiyindən, sınaq matçlarının sayı 9 fərqli ölkənin təmsilçiləri ilə 28 oldu.

Azərbaycan klubları Avropadan olan rəqibəri ilə bu sayda oyunda vur-tut 9 qələbə qazandı.

Rəqiblərin də yoldaşlıq matçı keçirdiyini, fiziki yüklənmə fonunda çıxış etdiyini və baş məşqçilərin müxtəlif rotasiyalar etdiyini nəzərə alsaq, 28 görüşdə 9 qalibiyyət xoş mənzərə deyil. Üstəlik, rəqiblərin heç də hamısı ölkəsinin yüksək dəstə təmsilçisi deyildi.

Premyer Liqa təmsilçilərimizin ən çox üz-üzə gəldiyi komandalar Serbiyadan olub. 28 oyunun 8-də rəqiblərimiz məhz bu ölkəni təmsil edib. Maraqlıdır ki, ən çox qələbə də məhz serblər üzərində qazanılıb.

Polşa ikinci sıradadır. Robert Levandovskinin həmvətənləri bizimkilərə 5 dəfə rəqib olub. Üzücü məqam bizimkilərin bu sayda matçın heç birində qalib gələ bilməməsidir.

5 yenilgidən 2-si “Qarabağ”ın payına düşür. Ağdamlılar avrokuboklarda polşalılar üçün qorxulu yuxuya çevrilsə də, Antalyada onları sevindirdi.

Rəqib ölkənin adı, oyun, qələbə, heç-heçə və məğlubiyyət sayı aşağıdakı kimidir:

Serbiya 8 3 2 3

Polşa 5 0 2 3

Rumıniya 4 1 1 2

Qazaxıstan 3 2 1 0

Macarıstan 3 1 1 1

Rusiya 1 0 0 1

Çexiya 2 0 1 1

İsveçrə 1 1 0 0

Almaniya 1 1 0 0

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti